Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 451. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarı



Yüklə 2,96 Mb.
səhifə386/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   382   383   384   385   386   387   388   389   ...   466
Maddə 451. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarı

 

451.1. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır:



451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə;

451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə.

451.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarında aşağıdakılar göstərilməlidir:

451.2.1. qərarın tərtib edildiyi vaxt və yer;

451.2.2. hakimin soyadı, adı və atasının adı, vəzifəsi;

451.2.3. şikayət vermiş şəxsin soyadı, adı və atasının adı;

451.2.4. hərəkətindən və ya qərarından şikayət verilən şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

451.2.5. məhkəmə iclasında iştirak edən prokurorun soyadı, adı və atasının adı, vəzifəsi;

451.2.6. verilmiş şikayətin mahiyyəti;

451.2.7. hakim tərəfindən qəbul edilmiş qərarın motivlərinin əsaslandırılması, belə qərarın qəbul edilməsi ilə əlaqədar qeyd edilməli olan digər mühüm hallar;

451.2.8. hakimin qərarının icra edilməsi həvalə edilən vəzifəli şəxs və ya orqan;

451.2.9. məhkəmənin möhürü ilə təsdiq edilmiş hakimin imzası.

451.3. Şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən aşağıdakılar yerinə yetirilir:

451.3.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür;

451.3.2. şəxsin hüquq və azadlıqlarının pozulmasına yol vermiş vəzifəli şəxsə qarşı tabeçilik qaydasında yuxarı orqanın rəhbəri təqsirli şəxsin məsuliyyəti barədə məsələni Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll edir;

451.3.3. şikayət vermiş şəxsə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilir.

451.4. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarının surəti qərar çıxarıldıqdan sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə göndərilir:

451.4.1. şikayəti vermiş şəxsə;

451.4.2. hərəkətindən və ya qərarından şikayət verilən şəxsə;

451.4.3. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya yuxarı prokurora, habelə şəxsin hüquq və azadlıqlarının pozulmasına yol vermiş vəzifəli şəxsə qarşı tabeçilik qaydasında yuxarı orqanın rəhbərinə.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin