Ümumi hissə Birinci bölmə Əsas müddəalar


LVII fəsil   Cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə icraat



Yüklə 2,96 Mb.
səhifə419/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   415   416   417   418   419   420   421   422   ...   466
LVII fəsil

 

Cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə icraat

 

Maddə 488. Azərbaycan Respublikasının ərazisində hüquqi yardım göstərilməsi qaydasında prosessual və digər hərəkətlərin həyata keçirilməsi

 

488.1. Cinayət işlərinə dair hüquqi yardım (bundan sonra "hüquqi yardım" adlanacaq) ekstradisiya məsələləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə, "Cinayət işlərinə dair hüquqi yardım haqqında" və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənir.



488.2. Hüquqi yardım göstərilməsinə dair və ekstradisiya haqqında Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə bu Məcəllənin, “Cinayət işlərinə dair hüquqi yardım haqqında" və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının qanunlarının müddəaları tətbiq edilir.

488.3. Bu müddəalar beynəlxalq məhkəmə orqanları ilə əməkdaşlıq edilməsi məsələlərinə şamil olunmur.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   415   416   417   418   419   420   421   422   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin