“Azərbaycan” qəzeti, 3 oktyabr 2002-ci il)
KM5 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 423-cü maddəsində nəzərdə tutulan 12 ay müddəti yalnız bu Məcəllənin 421.1-ci maddəsində göstərilən hallar üzrə tətbiq edilir. Bu zaman Cinayət-Prosessual Məcəlləsinin ümumi prinsipləri və 410, 416.0.21, 420.2, 420.3, 421.1, habelə 427.4-cü maddələrinin müddəalarına münasib olaraq əlavə kassasiya icraatında bəraət alan şəxsin və məhkumun vəziyyətinin ağırlaşdırılması ilə nəticələnən qərar qəbul edilə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 sentyabr 2002-ci il tarixli qərarı) – (“Azərbaycan” qəzeti, 3 oktyabr № 228 2002-ci il, , Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 1/2003 )
KM6 . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.4-cü maddəsi, habelə həmin Məcəllənin 218.4-cü maddəsinin “təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi üzrə ibtidai istintaqın müddətinə daxil deyildir” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinə uyğun olmadığından 2012-ci il martın 1-dən qüvvədən düşmüş hesab edilsin (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 oktyabr 2011-ci il tarixli qərarı) – (“Respublika” qəzeti, 14 oktyabr 2002-ci il, № 221 )
Dostları ilə paylaş: |