Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 108. Cinayət prosesində iştirakdan azad etmə



Yüklə 2,96 Mb.
səhifə96/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   92   93   94   95   96   97   98   99   ...   466
Maddə 108. Cinayət prosesində iştirakdan azad etmə

 

108.0. Məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ekspertin cinayət prosesində iştirakını istisna edən hallar yoxdursa, məhkəmə istintaqı başlananadək onları öz xahişləri ilə aşağıdakı hallarda iştirakdan azad edə bilər:



108.0.1. öz borcunu yerinə yetirməsinə mane olan üzrlü səbəblər olduqda;

108.0.2. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.

 

Maddə 109. Hakimə etiraz

 

109.1. Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır.



Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun. 

109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə;

109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda;

109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda;

109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə;

109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə;

109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 

109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda;

109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. 

109.2. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir.

109.3. Etiraz məsələsini aşağıdakılar həll edir:

109.3.1. birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri;

109.3.2. birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsində cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakimlər kollegiyasından ibarət tərkibdə baxıldıqda hakimin özü-özünə və ya ona edilmiş etirazı — onun iştirakı olmadan hakimlər kollegiyası;

109.3.3. birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi;

109.3.4. apellyasiya və kassasiya instansiyası məhkəməsinin iki hakiminin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı — müvafiq olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədrləri.

109.4. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə etiraza və ya edilmiş etiraza baxılaraq, cinayət prosesi iştirakçılarının və etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır.

109.5. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin