Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 144. Sübutların yoxlanılması



Yüklə 2,96 Mb.
səhifə129/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   125   126   127   128   129   130   131   132   ...   466
Maddə 144. Sübutların yoxlanılması

 

Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.



 

Maddə 145. Sübutların qiymətləndirilməsi

 

145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.



145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim //çıxarılıb// qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.

145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin