Ümumi hissə Birinci bölmə Əsas müddəalar


XXVI fəsil   İbtidai araşdırmanın ümumi şərtləri



Yüklə 2,96 Mb.
səhifə190/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   186   187   188   189   190   191   192   193   ...   466
XXVI fəsil

 

İbtidai araşdırmanın ümumi şərtləri

 

Maddə 214. Cinayət işləri üzrə təhqiqatın aparılması

 

214.1. Təhqiqat ibtidai araşdırmanın növü kimi aşağıdakı şəkildə aparılır:



214.1.1. ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı;

214.1.2. böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat.

214.2. Cinayət işləri üzrə təhqiqatı aşağıdakı təhqiqat orqanları və şəxslər aparırlar:

214.2.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (təhqiqat orqanlarının) təhqiqatçıları — Azərbaycan Respublikasının həmin müvafiq icra hakimiyyəti orqanları müstəntiqlərinin səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə;

214.2.2. rəhbərlik etdikləri hərbi hissələrin, hərbi idarələrin (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələr və hərbi idarələr istisna olmaqla), cəzaçəkmə müəssisələrinin, həbs yerlərinin, dəniz gəmilərinin yerləşdiyi ərazidə (ərazi üzrə) törədilmiş cinayətlərə dair cinayət işləri üzrə — müvafiq olaraq təhqiqatçı səlahiyyətlərini həyata keçirən hərbi hissə komandirləri, hərbi idarə rəisləri, cəzaçəkmə müəssisələrinin və ya həbs yerlərinin rəisləri, dəniz gəmilərinin kapitanları və digər müvəkkil edilmiş şəxslər; əks-kəşfiyyat fəaliyyətinin təminatını, həyata keçirilən hərbi hissələrdə, hərbi idarələrdə təhlükəsizlik orqanlarının sәlahiyyәtlәrinә aid olan işlər üzrə — müvafiq icra hakimiyyəti orqanlarının təhqiqatçıları.

214.2.3. müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə — müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları. 

214.3. Təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması şəklində təhqiqat cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədi ilə aparılır. Təhqiqatı bu şəkildə apararkən bu Məcəllənin 147, 148, 153, 207, 209, 210, 226—232, 234, 236, 238—247, 264, 268—270, 273—276-cı maddələrinin müddəalarına müvafiq olaraq təhqiqatçı:

214.3.1. cinayət işini başlayır və bu barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir;

214.3.2. şübhəli şəxsi tutmaq, onun, zərər çəkmiş şəxsin, şahidin, mülki iddiaçının, mülki cavabdehin, şahidlərin dindirilməsi, axtarış, müayinə (şəxsi müayinə) və götürmə kimi istintaq hərəkətlərini aparır;

214.3.3. cinayət işinin başlanmasından sonra 10 (on) gündən gec olmayaraq sonrakı araşdırmanın aparılması üçün cinayət işini istintaq orqanına göndərir;

214.3.4. cinayət işinin başlanmasından 10 (on) gün keçdikdən sonra müstəntiq və ya ibtidai araşdırmanı həyata keçirən prokurorun tapşırığı ilə ayrı-ayrı istintaq hərəkətlərini aparır və ya əməliyyat-axtarış tədbirlərini həyata keçirir;

214.3.5. cinayət işinin başlanmasından 10 (on) gün keçdikdən sonra cinayət açılmamış qalarsa, cinayəti törətmiş şəxsin müəyyən və aşkar edilməsi, tutulması və müstəntiqə təhvil verilməsinə dair tədbirlər görür.

214.4. Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-131, 174, 175, 177.1, 185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aºkar cinayətlər üzrə aparılır.

214.5. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat bu Məcəllənin 293—297-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun aparılır.

214.6. Öz səlahiyyətləri daxilində istintaq hərəkətlərini apararkən təhqiqatçı aparılan təhqiqatın növündən asılı olmayaraq müvafiq istintaq hərəkətlərinin keçirilməsi qaydasını nəzərdə tutan bu Məcəllənin maddələrinin tələblərinin yerinə yetirilməsini təmin etməklə müstəntiqin hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin