Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 26. Cinayət mühakimə icraatının aparıldığı dil



Yüklə 2,96 Mb.
səhifə21/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   17   18   19   20   21   22   23   24   ...   466
Maddə 26. Cinayət mühakimə icraatının aparıldığı dil

 

26.1. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.



26.2. Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir:

26.2.1. cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək:

26.2.2. ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək;

26.3. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir.

26.4. Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. 

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin