Maddə 250. Üzərinə həbs qoyulmalı olan əmlakın dəyərinin müəyyən edilməsi
250.1. Üzərinə həbs qoyulmalı olan əmlakın dəyəri cərimə əmsalları tətbiq edilmədən həmin ərazidə orta bazar qiymətləri ilə müəyyən edilir.
250.2. Mülki iddiaçı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır.
250.3. Cinayətin törədilməsində bir neçə təqsirləndirilən şəxs olduqda, mülki iddianın təmin edilməsi məqsədi ilə həbs onlardan hər birinin əmlakına tam və ya qismən, bu mümkün deyilsə, onlardan birinin əmlakına tam həcmdə qoyula bilər.
Dostları ilə paylaş: |