Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 252. Əmlak üzərinə həbs qoyulması haqqında protokol



Yüklə 2,96 Mb.
səhifə227/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   223   224   225   226   227   228   229   230   ...   466
Maddə 252. Əmlak üzərinə həbs qoyulması haqqında protokol

 

252.1. Əmlak üzərinə həbs qoyulması haqqında müstəntiq protokol, icra məmuru isə əmlakın siyahıya alınması haqqında protokol tərtib edir. Protokolda aşağıdakılar göstərilir:



252.1.1. əmlak üzərinə həbs qoyulduğu tarix, vaxt və yer;

252.1.2. müstəntiqin və ya icra məmurunun soyadı, adı və atasının adı, vəzifəsi;

252.1.3. mütəxəssis əmtəəşünasın soyadı, adı və atasının adı, vəzifəsi;

252.1.4. əmlakı üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

252.1.5. əmlakı üzərinə həbs qoyulmuş şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;

252.1.6. əmlak üzərinə həbs qoyulmasının xüsusiyyətləri, xüsusən əmlak üzərinə həbs qoyulması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

252.1.7. adı, sayı, ölçüsü, çəkisi, köhnəlmə dərəcəsi, digər fərdi əlamətləri, habelə mütəxəssis-əmtəəşünas tərəfindən müəyyən edilmiş dəyəri göstərilməklə üzərinə həbs qoyulmuş əmlakın siyahısı;

252.1.8. hansı əmlakın götürüldüyü və kimə saxlanmağa verildiyi barədə qeyd;

252.1.9. üzərinə həbs qoyulmuş əmlakın digər şəxslərə məxsus olduğu barədə iştirak edən şəxslərin məlumatları.

252.2. Əmlak üzərinə həbs qoyulması və ya əmlakın siyahıya alınması haqqında protokol öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, hər bir vərəq istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

252.3. Əmlak üzərinə həbs qoyulması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

252.4. Müvafiq protokolun surəti imza etdirilməklə üzərinə həbs qoyulmuş əmlakın mülkiyyətçisinə və ya sahibinə, onlar olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, habelə əmlakın saxlanılmasına məsul müvafiq dövlət orqanının nümayəndəsinə verilir. İdarə, müəssisə və təşkilatın ərazisində yerləşən əmlak üzərinə həbs qoyulduqda, müvafiq protokolun surəti imza etdirilməklə müdiriyyətin nümayəndəsinə verilir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin