Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 29. Məhkəmə aidiyyətinə əməl olunması



Yüklə 2,96 Mb.
səhifə24/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   20   21   22   23   24   25   26   27   ...   466
Maddə 29. Məhkəmə aidiyyətinə əməl olunması

 

29.1. Heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.



29.2. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.

 

Maddə 30. Hakimin cinayət mühakimə icraatında iştirakının məhdudlaşdırılması

 

30.1. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində cinayət mühakimə icraatında iştirak etmiş hakimin məhkəmə baxışında təkrar iştirakına yol verilmir.



30.2. Bu Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır.

 

Maddə 31. Cinayət mühakimə icraatında qeyri-prosessual münasibətlərin yolverilməzliyi

 

Məhkəmə tərkibi və cinayət prosesi iştirakçıları arasında, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara baxılması ilə əlaqədar bu Məcəllədə nəzərdə tutulmayan qeyri-prosessual münasibətlər yolverilməzdir.



 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin