Maddə 291. Məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısının prokuror tərəfindən dəyişdirilməsi
291.0. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror:
291.0.1. cinayət işini məhkəməyə göndərməzdən əvvəl məhkəmə iclasına çağırılmalı olan şəxslərin müstəntiq tərəfindən tərtib edilmiş siyahısını öz qərarı ilə ixtisar və ya ona əlavələr edə bilər;
291.0.2. həmin siyahıdan təqsirləndirilən şəxsi, onun müdafiəçisini və qanuni nümayəndəsini, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini və onun müdafiəçisini, fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsi, mülki iddiaçını, mülki cavabdehi, onların nümayəndələrini və qanuni nümayəndələrini çıxara bilməz.
Dostları ilə paylaş: |