Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Məhkəmə çıxışları və təqsirləndirilən şəxsin son sözü



Yüklə 2,96 Mb.
səhifə308/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   304   305   306   307   308   309   310   311   ...   466
Məhkəmə çıxışları və təqsirləndirilən şəxsin son sözü

 

Maddə 339. Məhkəmə çıxışlarının başlanması

 

339.1. Məhkəmə istintaqı qurtardıqdan sonra məhkəmə iclasında sədrlik edən məhkəmə çıxışlarına başladığını elan edir.



339.2. Məhkəmə çıxışlarında iştirak edən şəxslərdən hər hansı biri məhkəmə çıxışlarına hazırlaşmaq üçün vaxt verilməsi haqqında vəsatət qaldırdıqda, məhkəmə iclasında sədrlik edən müddətini göstərməklə məhkəmə iclasında tənəffüs elan edir.

 

Maddə 340. Tərəflərin çıxışları

 

340.1. Məhkəmə çıxışları dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və ya onun nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi, təqsirləndirilən şəxs (yalnız müdafiəçi işdə iştirak etmədiyi halda) və ya onun müdafiəçisi, mülki cavabdeh və ya onun nümayəndəsi tərəfindən növbə ilə söylənilən nitqlərdən ibarətdir.



340.2. İşdə bir neçə zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı, təqsirləndirilən şəxs, mülki cavabdeh iştirak etdikdə, məhkəmə iclasında sədrlik edən öz çıxışlarının ardıcıllığını müəyyən etmək üçün onlara vaxt verir. Zərurət olduqda bu məqsədlə məhkəmə iclasında fasilə elan edilə bilər. Göstərilən şəxslər öz çıxışlarının ardıcıllığı barədə razılığa gəlmədikdə, məhkəmə onların fikrini dinləyərək müvafiq qərar qəbul edir. 

340.2-1. Dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə məhkəmə çıxışı onların öz razılığına əsasən müəyyən edilən dövlət ittihamçısı tərəfindən səsləndirilir. İşdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi olduqda məhkəmə çıxışını müdafiə və ya təmsil olunan şəxsin müəyyən etdiyi müdafiəçi və ya nümayəndə səsləndirir. Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər.

340.3. Cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər. Özünün gəldiyi nəticənin əsaslandırılması üçün yeni sübutlardan istifadə etmək zərurəti yarandıqda cinayət prosesinin tərəfi hansı halların və hansı sübutlar əsasında əlavə tədqiqat tələb edildiyini göstərməklə məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırır. Məhkəmə cinayət prosesinin digər tərəfinin fikrini dinləyərək vəsatətin təmin və ya rədd edilməsi barədə qərar qəbul edir.

340.4. Məhkəmə, məhkəmə çıxışlarını müəyyən vaxtla məhdudlaşdıra bilməz, lakin məhkəmə çıxışlarında iştirak edən şəxslər məhkəmədə baxılan ittihama aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onların çıxışlarını dayandırmaq hüququna malikdir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin