Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 390. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi



Yüklə 2,96 Mb.
səhifə328/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   324   325   326   327   328   329   330   331   ...   466
Maddə 390. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi

 

390.1. Apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.



390.2. Apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir.

390.3. Barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin, habelə məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan dəyişikliklərin edilməsi yalnız apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətinə və ya apellyasiya protestinə verilə bilər.

390.4. Bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir.

390.5. Müdafiəçi öz apellyasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə gəri götürə bilər. Apellyasiya icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata cəlb edilmiş müdafiəçi yalnız məhkum olunmuş və ya bəraət almış şəxsin və onların qanuni nümayəndələrinin razılığı ilə birinci instansiya məhkəməsində iºtirak etmiº müdafiəçinin apellyasiya ºikayətinə əlavə və dəyiºikliklər etmək hüququna malikdir.

390.6. Məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir.

390.7. Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) apellyasiya instansiyası məhkəməsində iştirak edən nümayəndəsi öz apellyasiya şikayətini, habelə zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin apellyasiya şikayətini yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürmək hüququna malikdir.



390.8. Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi ona verilmiş etibarnamə ilə müəyyən edildiyi hallarda, müdafiəçisi isə nümayəndənin razılığı ilə apellyasiya şikayətini geri götürə bilər.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin