Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 422. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslər



Yüklə 2,96 Mb.
səhifə358/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   354   355   356   357   358   359   360   361   ...   466
Maddə 422. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslər

 

422.1. Əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat vermək hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrlərinin və ya Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da həyata keçirir. 



422.2. Əlavə kassasiya qaydasında protest vermək hüququna yalnız cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyi hallarda Azərbaycan Respublikasının Baş prokuroru malikdir.

422.3. Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi, məhkum və ya onun xahişi ilə aşağıdakı tələblərə cavab verən müdafiəçi malikdir: 

422.3.1. bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən vəkil;

422.3.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda iştirak etmək üçün vəkillik kollegiyasının müvafiq qurumunun orderini almış vəkil. KM1

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin