Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 453. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması



Yüklə 2,96 Mb.
səhifə388/466
tarix07.01.2022
ölçüsü2,96 Mb.
#83933
1   ...   384   385   386   387   388   389   390   391   ...   466
Maddə 453. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması

 

453.1. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərardan şikayətin və ya protestin alındığı gündən sonra 3 (üç) gün müddətində apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasını keçirməlidir.



453.2. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair apellyasiya instansiyası məhkəməsində qapalı məhkəmə iclasında 3 (üç) hakimdən ibarət tərkibdə baxılır.

453.3. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasında şikayət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, təqsirləndirilən şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi iştirak etmək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi izahat vermək üçün məhkəmə iclasına, həmçinin təhqiqatçını (təhqiqat aparan şəxsi), müstəntiqi, habelə zərər çəkmiş şəxsi çağıra bilər. Yuxarıda göstərilən protest və ya şikayətin baxılmasının müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şəxslərin gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.

453.4. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclası başlananadək apellyasiya instansiyası məhkəməsi ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir.

453.5. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:

453.5.1. məhkəmə iclasında sədrlik edən məhkəmə iclasını açır, hansı qərardan verilmiş hansı şikayətə və ya protestə baxıldığını elan edir, məhkəmə iclasının iştirakçılarının səlahiyyətlərini yoxlayır və onlara hüquq və vəzifələrini izah edir;

453.5.2. şikayəti və ya protesti vermiş şəxs öz müraciətini şifahi əsaslandırır, hakimlərin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;

453.5.3. məhkəmə iclasında müraciətlə qanuni mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri və nümayəndələri iştirak etdiyi halda onlara izahat vermək və öz etirazlarını bildirmək üçün imkan yaradılır;

463.5.4. hakimlər məhkəmə iclasının iştirakçılarına dəqiqləşdirmə üçün zəruri olan suallar verir və yerində məsləhətlər aparıb qərar qəbul edirlər. Məhkəmə iclasında sədrlik edən qəbul olunmuş qərarı məhkəmə iclasında iştirak edən şəxslərə elan edir.

453.6. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi aşağıdakı qərarlardan birini qəbul edir:

453.6.1. birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə;

453.6.2. həbs qismində qətimkan tədbirinin seçilməsi barədə qərarın ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə;

453.6.3. həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina barədə hakimin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbsin seçilməsi barədə;

453.6.4. həbsdə saxlama müddətinin uzadılması barədə hakimin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə;

453.6.5. həbsdə saxlama müddətinin uzadılmasına imtina barədə hakimin qərarının ləğv edilməsi və həbsdə saxlama müddətinin uzadılması barədə.

453.7. Həbs qismində qətimkan tədbirinin seçilməsi, habelə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmasının qanuniliyini və əsaslılığını təsdiq edən materiallar məhkəmə iclasına təqdim edilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi müvafiq qərarın ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərar çıxarır.

453.8. Apellyasiya instansiyası məhkəməsinin qərarının surəti həmin qərar qəbul edildikdən sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə göndərilir:

453.8.1. şikayət vermiş şəxsə;

453.8.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora;

453.8.3. təqsirləndirilən şəxsin saxlanıldığı həbs yerinin müdiriyyətinə.

453.9. Həbs yerinin müdiriyyəti təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin uzadılması barədə qərarın ləğv edilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını aldıqdan dərhal sonra təqsirləndirilən şəxsi həbsdən azad edir.

453.10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir.

 

Maddə 454. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında hakimin çıxardığı digər qərarlardan şikayət və ya protest verilməsi və onların qanuniliyinin və əsaslılığının yoxlanılması

 

İstintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, //çıxarılıb// habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.



 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   466




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin