İkinci bölmə
Məhkəmə və cinayət prosesində iştirak edən şəxslər
VII fəsil
Məhkəmə
Maddə 66. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr
66.0. Azərbaycan Respublikasında cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr həyata keçirir:
66.0.1. rayon (şəhər) məhkəmələri;
66.0.2. hərbi məhkəmələr;
66.0.3. ağır cinayətlər məhkəmələri;
66.0.4. ləğv edilmişdir.
66.0.5. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi;
66.0.6. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
66.0.7. apellyasiya məhkəmələri;
66.0.8. Azərbaycan Respublikasının Ali Məhkəməsi.
Dostları ilə paylaş: |