Maddə 103. Xüsusi ittihamçının nümayəndəsi
103.1. Xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir.
103.2. Xüsusi ittihamçının nümayəndəsinin cinayət təqibi üzrə icraatda iştirakı bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsin nümayəndəsi üçün müəyyən olunmuş müddəalara və bu maddədə göstərilmiş xüsusiyyətlərə uyğun həyata keçirilir.
103.3. Məhkəmə cinayət təqibi üzrə icraatda iştirak edən xüsusi ittihamçının xahişi ilə vəkili onun nümayəndəsi qismində təyin etməlidir.
103.4. Cinayət işinə məhkəmə baxışında xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilər.
103.5. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi ittihamçının nümayəndəsi aşağıdakı hüquqlara malikdir:
103.5.1. cinayət təqibi üzrə materialların hazırlanmasını həyata keçirmək;
103.5.2. təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək;
103.5.3. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirmək;
103.5.4. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi şəxsin əvəzinə giriş sözü, nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;
103.5.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
103.6. Xüsusi ittihamçının nümayəndəsi cinayət prosesinin gedişində xərclərin ödənilməsini təmsil etdiyi şəxsin hesabına, bu Məcəllənin 194.1-ci maddəsi ilə müəyyən edilmiş halda isə, xüsusi ittihamçıya hüquqi yardım pulsuz göstərildikdə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına almaq hüququna malikdir.
Maddə 104. Şahidin qanuni nümayəndəsi
104.1. 14 yaşına çatmamış habelə daha artıq yaşı olan, lakin yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şahidin qanuni nümayəndəsi olmadıqda cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir.
104.2. İstintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən şahidin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
104.2.1. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
104.2.2. cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə təmsil etdiyi şəxsə məsləhətlər vermək, irad tutmaq və suallarla müraciət etmək;
104.2.3. vəsatət vermək;
104.2.4. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı etiraz etmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokoluna qeyd edilməsini tələb etmək;
104.2.5. təmsil etdiyi şəxslə birgə iştirak etdiyi cinayət işi üzrə məhkəməyədək icraatda İstintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokolda yazılanların düzgünlüyünə və tamlığına dair qeydlər vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və ya məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlər vermək;
104.2.6. təmsil etdiyi şəxs üçün nümayəndə qismində vəkil dəvət etmək;
104.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
104.3. Şahidin qanuni nümayəndəsi bu Məcəllənin 101.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.
Maddə 105. Şahidin nümayəndəsi
105.1. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı şahidi cinayət prosesini həyata keçirən orqana müşayiət etmək üçün onun tərəfindən nümayəndə qismində dəvət edilmiş və bu hərəkətlərin aparılmasının başlanğıcında gəlmiş nümayəndə (vəkil və ya digər şəxs) səlahiyyətini təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra aşağıdakı hüquqlara malikdir:
105.1.1. təmsil etdiyi şəxsin hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə çağırıldığını bilmək;
105.1.2. təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
105.1.3. təmsil etdiyi şəxsin razılığı ilə onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;
105.1.4. xahişlər etmək;
105.1.5. təmsil etdiyi şəxsə hüquqi məsələlər üzrə izahat vermək.
105.2. Şahidin nümayəndəsi bu Məcəllənin 102.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.
Maddə 106. Zərər çəkmiş şəxsin hüquqi varisi
106.1. Hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur.
106.2. Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi, fiziki və ya maddi ziyan vurmuş yaxın qohumu həmin zərər çəkmiş şəxsin hüquqi varisi hesab edilə bilməz.
106.3. Zərər çəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Bu zaman müvafiq xahişlə müraciət etmiş bir neçə yaxın qohum arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olduqda həmin məsələni məhkəmə həll edir. Göstərilən xahişlə müraciət edilən anda şəxsin hüquqi varis qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir.
106.4. Şəxs zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində zərər çəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər.
106.5. Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər.
106.6. Zərər çəkmiş şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur:
106.6.1. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;
106.6.2. xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək;
106.6.3. zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək.
106.7. Zərər çəkmiş şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər.
106.8. Zərər çəkmiş şəxsin hüquqi varisi bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları və vəzifələri yerinə yetirir.
Maddə 106-1. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi
106-1.1. Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur.
106-1.2. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz.
106-1.3. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir.
106-1.4. Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir.
106-1.5. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması barədə müraciət etmiş bir neçə yaxın qohum arasından hüquqi varisin seçilməsində mübahisə olduqda, həmin məsələni məhkəmə həll edir. Müraciət edilən anda şəxsin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir.
106-1.6. Şəxs təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər.
106-1.7. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir.
106-1.8. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur:
106-1.8.1. ölmüş şəxsin ittiham olunduğu əməlin törədilməsində onun təqsirini etiraf etmək;
106-1.8.2. təqsirləndirilən (şübhəli) şəxsin verdiyi şikayətdən imtina etmək.
106-1.9. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər.
XII fəsil
Cinayət prosesində etirazlar
Maddə 107. Etiraz və özü-özünə etirazın ümumi müddəaları
107.1. Cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir.
107.2. Hakimin, //çıxarılıb// prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, //çıxarılıb// 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər.
107.3. Etiraz aşağıdakı qaydada edilə bilər:
107.3.1. prokurora, müstəntiqə, təhqiqatçıya, məhkəmə iclasının katibinə, tərcüməçiyə, mütəxəssisə, yaxud ekspertə — cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən cinayət prosesinin istənilən anında;
107.3.2. müdafiəçiyə, zərər çəkmiş şəxsin, xüsusi ittihamçının, mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə cinayət prosesinin istənilən anında şübhəli və ya təqsirləndirilən şəxs, dövlət ittihamçısı və ya xüsusi ittihamçı, habelə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri tərəfindən;
107.3.3. hakimə //çıxarılıb// — cinayət prosesinin istənilən iştirakçısı tərəfindən yalnız məhkəmə istintaqı başlananadək, məhkəmə istintaqı başlandıqdan sonra isə yalnız cinayət prosesinin etiraz edən hər hansı iştirakçısı müvafiq şəxsin prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum olduğunu sübut etdikdə;
107.3.4. hal şahidinə — müvafiq istintaq hərəkəti başlananadək cinayət prosesinin həmin istintaq hərəkətində iştirak etmək hüququna malik olan hər hansı iştirakçısı tərəfindən.
107.4. Hakimə (məhkəmə tərkibinə) //çıxarılıb// etiraz məhkəmə baxışını ləngitmək məqsədi ilə edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun deyildirsə), etiraz etmiş şəxs məhkəmənin qərarına əsasən iki yüz iyirmi manat miqdarında cərimə edilə bilər.
107.5. Cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində etirazları və özü-özünə etirazları həll etməyə, müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə isə öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır.
107.6. Qohumluq əlaqələri və ya digər şəxsi asılılıq münasibətləri olan şəxslər məhkəmənin tərkibinə daxil ola bilməzlər.
107.7. Başqa şəxslərə edilən etirazları həll etmək səlahiyyəti olan şəxsə edilən etiraz ilk növbədə həll edilməlidir. Hakimə //çıxarılıb// etiraz etmə ilə eyni zamanda cinayət prosesinin digər iştirakçısına, habelə məhkəmə iclası katibinə, tərcüməçiyə, ekspertə və ya mütəxəssisə etiraz edildikdə, ilk növbədə hakimə etiraz etmə məsələsi həll edilməlidir.
107.8. Bir neçə şəxsin eyni vaxtda qohumluq və ya digər şəxsi asılılıq münasibətlərinə görə cinayət prosesində iştirakı istisna olunduqda, digərlərindən daha gec hakim //çıxarılıb//və ya cinayət prosesinin iştirakçısı vəzifəsini əldə etmiş şəxslər ilk növbədə cinayət prosesindən kənarlaşdırılmalıdır.
107.9. Qohumluq və digər şəxsi asılılıq münasibətləri ilə bağlı şəxslər məhkəmə tərkibində olduqda, hansı şəxslərin cinayət prosesindən kənarlaşdırılması məsələsini məhkəmə iclasında sədrlik edən həll edir //çıxarılıb//.
Maddə 108. Cinayət prosesində iştirakdan azad etmə
108.0. Məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ekspertin cinayət prosesində iştirakını istisna edən hallar yoxdursa, məhkəmə istintaqı başlananadək onları öz xahişləri ilə aşağıdakı hallarda iştirakdan azad edə bilər:
108.0.1. öz borcunu yerinə yetirməsinə mane olan üzrlü səbəblər olduqda;
108.0.2. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.
Maddə 109. Hakimə etiraz
109.1. Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır.
Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun.
109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə;
109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda;
109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda;
109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə;
109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə;
109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir);
109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda;
109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda.
109.2. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir.
109.3. Etiraz məsələsini aşağıdakılar həll edir:
109.3.1. birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri;
109.3.2. birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsində cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakimlər kollegiyasından ibarət tərkibdə baxıldıqda hakimin özü-özünə və ya ona edilmiş etirazı — onun iştirakı olmadan hakimlər kollegiyası;
109.3.3. birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi;
109.3.4. apellyasiya və kassasiya instansiyası məhkəməsinin iki hakiminin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı — müvafiq olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədrləri.
109.4. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə etiraza və ya edilmiş etiraza baxılaraq, cinayət prosesi iştirakçılarının və etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır.
109.5. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir.
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
//çıxarılıb//
Maddə 112. Prokurora etiraz
112.1. Prokurora etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (109.1.6-cı maddədə göstəriləndən başqa) mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır:
112.2. Prokurorun cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi onun məhkəmədə dövlət ittihamını müdafiə etməsini istisna edir.
112.3. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (109.1.6-cı maddədə göstəriləndən başqa)mövcud olduqda, prokuror özü-özünə etiraz etməlidir.
112.4. Prokurora etiraz məsələsini aşağıdakılar həll edirlər:
112.4.1. cinayət təqibi üzrə məhkəməyədək icraatın gedişi zamanı — yuxarı prokuror;
112.4.2. cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxılması zamanı - məhkəmə iclasında sədrlik edən;
112.4.3. məhkəmədə cinayət işinə hakimlər kollegiyası tərkibində baxılması zamanı — hakimlər kollegiyası.
Maddə 113. Müstəntiqə və ya təhqiqatçıya etiraz
113.1. Müstəntiqə və ya təhqiqatçıya etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır.
113.2. Müstəntiqin və ya təhqiqatçının cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı, qanunun əhəmiyyətli dərəcədə pozulması halları istisna olmaqla, həmin cinayət işi üzrə ibtidai araşdırmada onun sonrakı iştirakını istisna etmir.
113.3. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, müstəntiq və ya təhqiqatçı özü-özünə etiraz etməlidir.
113.4. Müstəntiqə və ya təhqiqatçıya etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir.
Maddə 114. Müdafiəçiyə və nümayəndəyə etiraz
114.1. Müdafiəçiyə, həmçinin zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə etiraz onun cinayət prosesində sonrakı iştirakını istisna edən aşağıdakı hallardan hər hansı biri olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır:
114.1.1. cinayət prosesində iştirak edən və ya əvvəllər iştirak etmiş hakimlə, //çıxarılıb// prokurorla, müstəntiqlə, təhqiqatçı ilə və ya məhkəmə iclasının katibi ilə qohumluq əlaqələrinin, habelə bu şəxslərdən şəxsi və ya xidməti asılılığın olması;
114.1.2. cinayət təqibi üzrə icraatda hakim, //çıxarılıb// prokuror, müstəntiq, təhqiqatçı, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi, mütəxəssis, ekspert və ya şahid qismində iştirak etməsi;
114.1.3. hakim, prokuror, müstəntiq və ya təhqiqatçı vəzifələrini tutması (təqsirləndirilən, şübhəli şəxsin və ya cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısının qanuni nümayəndəsi olması, yaxud mülki iddiaçı və ya mülki cavabdeh kimi tanınmış işlədiyi orqanın nümayəndəsi qismində iştirak etməsi hallarından başqa);
114.1.4. qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən və ya şübhəli şəxsin, həmçinin təmsil etdiyi zərər çəkmiş şəxs, mülki iddiaçı, yaxud mülki cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi;
114.1.5. qanuna və ya məhkəmənin hökmünə əsasən müdafiəçi və ya nümayəndə olmaq hüququnun olmaması.
114.2. Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda müdafiəçi, habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsi özü-özünə etiraz etməlidir.
114.3. Müdafiəçiyə, habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsinə etiraz məsələsi cinayət prosesini həyata keçirən orqan tərəfindən həll edilir.
114.4. Müdafiəçi və ya nümayəndə qismində təyin edilmiş şəxsin səriştəsinə və ya vicdanlı olmasına şübhə və ya digər səbəblər olduqda, müdafiə olunan, yaxud təmsil etdiyi şəxsin vəsatəti əsasında müdafiəçi və ya nümayəndə cinayət prosesindən kənarlaşdırılmalıdır.
Maddə 115. Hal şahidinə etiraz
115.1. Bu Məcəllənin 109.1.3—109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz.
115.2. Hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir.
115.3. Hal şahidinə etiraz məsələsini istintaq hərəkətlərini aparan şəxs həll edir.
115.4. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər.
Dostları ilə paylaş: |