Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 107-10. Səhmdar cəmiyyətinin icra orqanı



Yüklə 0,51 Mb.
səhifə101/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   97   98   99   100   101   102   103   104   ...   904
Maddə 107-10. Səhmdar cəmiyyətinin icra orqanı

 

107-10.1. Cəmiyyətin icra orqanına direktorlar şurasının (müşahidə şurasının) üzvləri seçilə bilməz.



107-10.2. Cəmiyyətin icra orqanının səlahiyyətlərinə, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları və nizamnamə ilə cəmiyyətin idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməmiş bütün məsələlər daxildir. 

107-10.3. Cəmiyyətin kollegial icra orqanının üzvlərinin sayı və tərkibi, habelə fəaliyyətinin qaydaları, müvafiq olaraq, cəmiyyətin nizamnaməsi, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. 

107-10.4. Cəmiyyətin icra orqanının üzvlərinin eyni zamanda digər təşkilatda vəzifə tutmasına, qanunvericiliyə zidd olmadıqda, cəmiyyətin ümumi yığıncağının və ya direktorlar şurasının (müşahidə şurasının) razılığı ilə yol verilir.

107-10.5. Cəmiyyətin icra orqanı üzvlərinin şəxsi marağı ilə cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən, habelə bu Məcəllənin 49-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda cəmiyyətin icra orqanının rəhbəri və ya digər üzvləri müvafiq məlumatı cəmiyyətin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda, səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidirlər. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanılması, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq idarəetmə orqanının qərarı əsasında həyata keçirilə bilər.

107-10.6. Cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamaqdan əvvəl bu barədə məlumatı kütləvi informasiya vasitələrində açıqlamalıdır.

107-10.7. Cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətinin icra orqanının üzvü seçilə bilməz.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin