Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 113. Kooperativin yenidən təşkili və ləğvi



Yüklə 0,51 Mb.
səhifə115/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   111   112   113   114   115   116   117   118   ...   904
Maddə 113. Kooperativin yenidən təşkili və ləğvi

 

113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.



113.2. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

 

 



§3. Qeyri-kommersiya təşkilatları

 

 



Maddə 114. İctimai birliklər

 

114.1. İctimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.



114.2. İctimai birliklərin iştirakçıları həmin birliklərin mülkiyyətinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar ictimai birliklərin öhdəlikləri üçün, ictimai birliklər isə öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımırlar.

114.3. İctimai birlik ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı ictimai birliyin nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.

114.4. İctimai birliklərin ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin