Maddə 294. Girova xitam verilməsi
294.1. Girova aşağıdakı hallarda xitam verilir:
294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə;
294.1.2. bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə;
294.1.3. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə;
294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak açıq hərracdan satıldıqda.
294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur.
Dostları ilə paylaş: |