Maddə 303. Hüququn girovu
303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir.
303.2. Müddətli hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola bilər.
303.3. Girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir.
303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır.
303.5. Sənədli qiymətli kağızla təsdiqlənmiş hüquq girov qoyularkən o, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayana və ya bankın və ya notariusun depozitinə verilir.
Dostları ilə paylaş: |