Maddə 315. Üçüncü şəxslərin hüquqları
315.1. İpotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş hər hansı üçüncü şəxsin tələbi icra etmək və bu yolla ipotekanı özünə keçirmək ixtiyarı vardır. İpoteka saxlayan təmin edilərkən o, müvafiq surətdə təsdiqlənmiş sənədləri və özünün ipoteka saxlayan kimi qeydə alınmasını tələb edə bilər.
315.2. Əgər şəxsi borclu ipoteka saxlayanı təmin edirsə, ipoteka ona keçir. Bu zaman o, mülkiyyətçidən əvəz verməyi tələb edə bilər.
Maddə 316. İpoteka saxlayanın tələbdən və ya ipotekadan imtinası
Əgər ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina edirsə, kreditor mülkiyyətçiyə çevrilir. İmtina bu şərtlə hüquqi qüvvəyə malik olur ki, daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın.
Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi
317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Dostları ilə paylaş: |