Maddə 395. Əşyanın yüklü edilməsi barədə müqavilənin hüdudları
Əgər şəxs öz əşyasını özgəninkiləşdirmək və ya yüklü etmək barəsində öhdəlik götürürsə, bu öhdəlik “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, əşyanın ləvazimatına da şamil edilir.
Maddə 396. Müqavilə öhdəlikləri barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə tətbiqi
Öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir.
Dostları ilə paylaş: |