Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 605. Alğı-satqı haqqında müddəaların tətbiq edilmədiyi hallar



Yüklə 0,51 Mb.
səhifə411/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   407   408   409   410   411   412   413   414   ...   904
Maddə 605. Alğı-satqı haqqında müddəaların tətbiq edilmədiyi hallar

 

Əşyaların alğı-satqısı haqqında müddəalar auksion satışı çərçivəsində, icraat və ya digər məhkəmə tədbirləri əsasında əşyaların əldə edilməsinə, habelə qiymətli kağızların və ya ödəniş vasitələrinin və elektrik enerjisinin əldə edilməsinə tətbiq olunmur.



 

Maddə 606. Mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt

 

606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 



606.2. Satıcının satılmış əşyaya bu Məcəllənin 606.1-ci maddəsindən irəli gələn əşya hüquqlarına alıcının vəkil etdiyi şəxslər, habelə alıcının kreditorları da riayət etməlidirlər. Bu halda "vəkil edilmiş şəxs" dedikdə alıcının ödəniş qabiliyyətinin olmaması ilə əlaqədar onun əmlakını kreditorlarının mənafeləri üçün idarə etməyə təyin olunmuş idarəçi və ya hər hansı digər şəxs başa düşülür.

606.3. Bu Məcəllənin 606.2-ci maddəsi kreditorların üstün və ya bərabər hüquqlarını məhdudlaşdırmır. Onlar əşyaya girov hüququna və ya həbsin və ya icraatın nəticəsi olmayan digər təminat hüququna malikdirlər və ya müsadirə ilə əlaqədar olaraq avtomobillər, gəmilər və ya təyyarələr barəsində saxlama hüququnu və ya istifadə hüququnu həyata keçirə bilərlər.

606.4. Alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin