Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 693. Yaşayış otaqlarının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilələrin qüvvəsinin davam etməsi



Yüklə 0,51 Mb.
səhifə470/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   466   467   468   469   470   471   472   473   ...   904
Maddə 693. Yaşayış otaqlarının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilələrin qüvvəsinin davam etməsi

 

693.1. Yaşayış otağının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilə üzrə hüquq münasibətlərində kirayəçi bu münasibətlərin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər:



693.1.1. əgər müqavilənin ləğv olunduğu halda münasibətlərin davam etdirilməsini bu Məcəlləyə əsasən tələb etmək mümkündürsə. Əgər kirayə müqaviləsi bağlanarkən kirayəçi kirayəyə verənin yaşayış otağını müəyyənləşdirilmiş müddətdə geri qaytarmasına əsas verən halları bilirdisə, onda kirayəçinin xeyrinə yalnız müqavilə bağlandıqdan sonra baş vermiş hallar nəzərə alınır;

693.1.2. əgər yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin müddəti bir ildən çoxdursa və hüquq münasibətlərinə xitam verilməsinə ən geci iki ay qalmış kirayəçi yazılı bildiriş əsasında kirayəyə verəndən bu münasibətlərin qeyri-müəyyən müddətə davam etdirilməsini tələb edirsə və münasibətlərə xitam verilməsində kirayəyə verənin əsaslı marağı yoxdursa. Kirayə hüquq münasibətlərinə xitam verilməsi haqqında kirayəyə verənin tələbinə bu Məcəllənin 692-ci maddəsi müvafiq surətdə tətbiq edilir.

693.2. Yaşayış otağının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilə üzrə hüquq münasibətləri aşağıdakı hallarda qeyri-müəyyən müddətə uzadılır:

693.2.1. əgər kirayə müddəti bitdikdən sonra kirayəçi otaqdan istifadəni davam etdirirsə və iki həftə ərzində kirayəyə verən və ya kirayəçi əks niyyətdə olduğu barədə müvafiq olaraq digər tərəfə bildiriş vermirsə. Kirayəçi üçün müddət istifadənin davam etdiyi andan, kirayəyə verən üçün bu davametmənin ona məlum olduğu andan başlanır;

693.2.2. əgər ləğvetmə bu Məcəllənin 692-ci maddəsinin göstərişlərinə uyğun həyata keçirilmirsə.

693.3. Yaşayış otağının kirayəsi haqqında təxirəsalıcı şərtlə bağlanmış müqavilə üzrə hüquq münasibətlərində hesab edilir ki, həmin şərt baş verdikdə hüquq münasibətləri qeyri-müəyyən müddətə uzadılır. Əgər həmin şərt baş verdikdə kirayəyə verən müqavilənin ləğvinə dair bildiriş verərsə və bu Məcəllənin 693.1-ci maddəsinə uyğun olaraq kirayəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb edərsə, onun xeyrinə yalnız kirayə müqaviləsi bağlandıqdan sonra baş vermiş hallar nəzərə alınmalıdır.

693.4. Bu Məcəllənin 693.3-cü maddəsində nəzərdə tutulan tələblərdən kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın yalnız yaşayış otağı müvəqqəti istifadə üçün kirayəyə verildikdə qüvvəsi vardır.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   466   467   468   469   470   471   472   473   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin