Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 696. Yaşayış otağı kirayəçisinin şikayət vermək hüququ



Yüklə 0,51 Mb.
səhifə473/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   469   470   471   472   473   474   475   476   ...   904
Maddə 696. Yaşayış otağı kirayəçisinin şikayət vermək hüququ

 

696.1. Əgər yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun olaraq hüquq münasibətlərinə xitam verilməsi kirayəçi və onun ailəsi üçün ağır nəticələrə gətirib çıxara bilərsə və buna hətta kirayəyə verənin əsaslı mənafelərini nəzərə almaqla haqq qazandırmaq mümkün olmazsa, kirayəçi müqavilənin ləğv edilməsi barədə şikayət verə bilər və kirayəyə verəndən həmin müqavilə üzrə hüquq münasibətlərini davam etdirməyi tələb edə bilər. Ağır nəticələr əvvəlki otağın əvəzinə münasib yaşayış otağının məqbul şərtlərlə verilməsinin mümkün olmadığı halda da baş verir. Kirayəyə verənin əsaslı mənafeləri nəzərə alınarkən yalnız ləğvetməyə dair bildirişdə göstərilmiş əsaslar qəbul edilir, bu şərtlə ki, onlar sonradan yaranmış olmasın.



696.2. Bu Məcəllənin 696.1-ci maddəsində nəzərdə tutulan halda kirayəçi tələb edə bilər ki, hüquq münasibətləri bütün şərtlər nəzərə alınmaqla ağlabatan sayıla biləcək qədər davam etdirilsin. Əgər qüvvədə olan müqavilə şərtlərinə müvafiq surətdə hüquq münasibətlərinin davam etdirilməsi kirayəyə verən üçün mümkün deyildirsə, kirayəçi yalnız onların ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə davam etdirilməsini tələb edə bilər.

696.3. Əgər razılıq əldə edilmirsə, kirayə hüquq münasibətlərinin davam etdirilməsi və kirayə müddəti haqqında, habelə kirayənin davam etdirilməsi şərtləri haqqında qərar məhkəmə qaydasında qəbul edilir. Əgər kirayə hüquq münasibətlərinə xitam verilməsinin kirayəçi və ya onun ailəsi üçün ağır nəticələrə gətirib çıxarmasına əsas verən şərtlərin nə vaxt aradan qalxacağını ehtimal etmək mümkün deyildirsə, kirayə hüquq münasibətlərinin qeyri-müəyyən müddətə davam etdiriləcəyi müəyyənləşdirilə bilər. Əgər razılığa və ya məhkəmə qərarına əsasən kirayə hüquq münasibətlərinin müəyyən müddətə davam etdiriləcəyi müəyyənləşdirilmişsə, kirayəçi münasibətlərin həmin müddətdən əlavə davam etdirilməsini yalnız o halda tələb edə bilər ki, buna şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsas versin və ya həmin münasibətlərin davam etdirilməsi müddətinin müəyyənləşdirilməsi üçün əsas götürüləcək və baş verməsi gözlənilən hallar baş verməsin.

696.4. Aşağıdakı hallarda kirayəçi kirayə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz:

696.4.1. əgər o, hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermişdirsə;

696.4.2. əgər kirayəyə verənə müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləmədən hüquq münasibətlərini ləğv etmək hüququ verən hər hansı əsas varsa.

696.5. Kirayəçinin ləğvetmədən şikayət vermək və kirayə hüquq münasibətlərini davam etdirmək niyyəti barəsində bildirişi yazılı formada tərtib edilməlidir. Kirayəyə verənin xahişi ilə kirayəçi etirazın əsaslarını ona dərhal bildirməlidir.

696.6. Əgər kirayə hüquq münasibətlərinin başa çatmasına ən geci bir ay qalmış və ya şikayət vermək hüququ barəsində kirayəyə verənin izahını aldıqdan bir ay sonra kirayəçi ona öz etirazını bildirməzsə, kirayəyə verən kirayə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər.

696.7. Bu Məcəllənin 696-cı maddəsinin tələblərinə zidd olan razılaşmaların qüvvəsi yoxdur.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   469   470   471   472   473   474   475   476   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin