Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği
748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir:
748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri;
748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər;
748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz;
748-11.1.4. lizinq verənin mükafatının məbləği;
748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ;
748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı;
748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.
748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.
Dostları ilə paylaş: |