Maddə 832. Mehmanxanalarda və restoranlarda pulların, sənədli qiymətli kağızların və digər qiymətli əşyaların saxlanması
Mehmanxana və ya restoran sahibi pulları, sənədli qiymətli kağızları, sərvətləri və digər qiymətli əşyaları saxlamaya qəbul etməyə borcludur, amma miqdarı və ya dərəcəsi ilə əlaqədar onların əhəmiyyətinə və ya həcminə görə mehmanxana və ya restoran üçün ifrat və ya təhlükəli olduğu hallar istisna təşkil edir. Mehmanxana və ya restoran sahibi onların qapalı və ya möhürlənmiş yeşikdə (mücrüdə, sandıqçada) verilməsini tələb edə bilər.
Dostları ilə paylaş: |