Maddə 833. Mehmanxana və ya restoran sahibinin məsuliyyətinin məhdudlaşdırılması
833.1. Mehmanxana və ya restoran sahibi bu Məcəllənin 831.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti min yüz manatdan çox olmayan miqdarda daşıyır.
833.2. Lakin əgər əşya mehmanxana və ya restoran sahibinin və ya onun işçi heyətinin təqsiri üzündən itmişsə, korlanmışsa və ya zədələnmişsə, habelə əgər söhbət onun saxlamaya qəbul etdiyi və ya bu Məcəllənin 832-ci maddəsinə zidd olaraq saxlamaya qəbul etmədiyi əşyalardan gedirsə, onun məsuliyyəti məhdudlaşdırılmır.