Maddə 853. Yük göndərənin zəruri məlumatları
853.1. Yük göndərən daşıyıcıya aşağıdakıları dəqiq göstərməlidir:
853.1.1. yük alanın ünvanı;
853.1.2. çatdırılma yeri;
853.1.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;
853.1.4. göndərmə müddəti və nəqliyyat növü;
853.1.5. qiymətli obyektlər olduqda - onların dəyəri;
853.1.6. habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri.
853.1-1. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.
853.2. Yük göndərən bu məlumatın olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.
Dostları ilə paylaş: |