Maddə 891. Sığortaçının (təkrarsığortaçının) təkrarsığorta müqaviləsinə görə sığortalı (təkrarsığortalı) qarşısında öhdəliyi
891.1. Bu Məcəllənin 891.2-ci maddəsi nəzərə alınmaqla, sığorta müqaviləsi üzrə sığortaladığı riskləri təkrarsığorta etdirən sığortaçı (təkrarsığorta müqaviləsinə əsasən təkrarsığortalı) həmin sığorta müqaviləsinə görə sığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır.
891.2. Sığortaçı sığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçının öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən azaddır.
891.3. Bu Məcəllənin 891.4-cü maddəsi nəzərə alınmaqla, təkrarsığorta müqaviləsi üzrə təkrarsığortaladığı riskləri yenidən təkrarsığorta etdirən təkrarsığortaçı təkrarsığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır.
891.4. Təkrarsığortaçı müvafiq riskləri təkrarsığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçıda yenidən təkrarsığorta etdirərsə, müvafiq təkrarsığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən ikinci təkrarsığortaçının öhdəliklərini icra edə bilmədiyi həddə azaddır.
Dostları ilə paylaş: |