Maddə 896. Qismən sığorta
896.1. Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.
896.2. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir.
896.3. Bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta hadisəsinin baş verdiyi zaman, sığorta təminatı qismən sığorta kimi qiymətləndirilə bilməz.
Dostları ilə paylaş: |