Maddə 902. Sığorta şəhadətnaməsinin məzmunu
902.1. Sığorta şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:
902.1.1. sığortaçının adı və ünvanı;
902.1.2. sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı, və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı;
902.1.3. sığorta predmeti və onun olduğu yer, yaxud sığorta olunanın adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı;
902.1.4. sığorta riskləri;
902.1.5. sığorta məbləği;
902.1.6. sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddəti;
902.1.7. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
902.1.8. sığorta müqaviləsinin aid olduğu digər şəxslər (faydalanan şəxs, sığorta agenti və sığorta brokeri) varsa, onların adı (fiziki şəxs olduqda həmçinin soyadı, və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı;
902.1.9. sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri.
902.2. Sığorta şəhadətnaməsində sığortalının və ya sığorta olunanın sığorta müqaviləsi üzrə hüquqlarının pozulmasını hesab etdiyi hallarda maliyyə bazarlarına nəzarət orqanına şikayətlə müraciət etməsi üçün həmin orqanın adı, ünvanı və telefon nömrəsi aydın şəkildə göstərilməlidir.
Dostları ilə paylaş: |