Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 910. Şəxsi sığorta müqavilələrində sığorta olunanın yazılı razılığı



Yüklə 0,51 Mb.
səhifə638/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   634   635   636   637   638   639   640   641   ...   904
Maddə 910. Şəxsi sığorta müqavilələrində sığorta olunanın yazılı razılığı

 

Şəxsi sığortada sığortalı həm də sığorta olunan olmadıqda sığorta müqaviləsinin bağlanmasına sığorta olunanın (və ya onun qanuni nümayəndəsinin) müqavilənin onun xeyrinə bağlanması təklifi ilə yazılı qaydada tanış edilməsi şərti ilə yol verilir.



 

Maddə 911. Sığorta müqaviləsinin bağlanması zamanı məlumat vermək vəzifəsi

 

911.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna malikdir.



911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.

911.3. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   634   635   636   637   638   639   640   641   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin