Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari



Yüklə 0,51 Mb.
səhifə699/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   695   696   697   698   699   700   701   702   ...   904
Maddə 986-2. Veksellər haqqında müddəaların çeklərə tətbiqi

 

Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin 1005.2.4-cü, 1006-cı, 1009-1012-ci maddələrinin müddəaları çeklərdən irəli gələn münasibətlərin tənzimlənməsinə də tətbiq edilir.

 

Maddə 986-3. Çekin təminatı tələbi

 

986-3.1. Çek yalnız o hallarda verilə bilər ki, çek verənin bankdakı hesablarında vəsaiti və həmin vəsaitə dair çeklər vasitəsilə sərəncam vermək hüququ olsun.

986-3.2. Çekin ödənilməsi üçün çek verənin vəsaiti və ya ona verilmiş kredit kifayət etmədikdə bankın çeki ödəməkdən imtina etmək hüququ vardır. Bank təmin olunmamış məbləği ödədikdə, çek sahibinin hüquqları ona keçir. Bank çeki tamamilə və ya qismən ödəməkdən imtina etdikdə, aşağıdakı nəticələr baş verməlidir:

986-3.2.1. çek verən, yaxud tamamilə və ya qismən ödənilməmiş çeki çek verənin əvəzinə imzalamış şəxs birgə borclular kimi, çek məbləğinin ödənilməmiş hissəsinin 6 faizi miqdarında zərərin əvəzini çek sahibinə ödəməlidirlər. Çek sahibinin başqa zərərin əvəzinin ödənilməsi tələbini həyata keçirmək hüququ saxlanılır;

986-3.2.2. bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən maliyyə bazarlarına nəzarət orqanına dərhal bildiriş göndərməlidir;

986-3.2.3. təmin olunmamış çeki verənin bir il ərzində çeklər verməsinə icazə verilmir və o özündə olan bütün çek blanklarını dərhal ödəyici banka və müştərisi olduğu bütün başqa banklara qaytarmalıdır. Ödəyici bank bunu yazılı şəkildə dərhal çek verəndən və hesablardakı vəsaitə dair sərəncam verməyə ixtiyarı olan bütün şəxslərdən tələb etməli və bundan sonra çek verməyi onlara qadağan etməlidir;

986-3.2.4. bu tələbdən sonra bir ay müddətində çek verən çek sahibi barədə çek məbləğinin ödənilməmiş hissəsini ödədiyini, habelə bu Məcəllənin 986-3.2.1-ci maddəsinə uyğun olaraq zərərin əvəzini ödədiyini, yaxud həmin məbləğlərin tam ödənilməsi üçün ödəyici bankın kifayət qədər vəsaitə malik olması qayğısına qaldığını ödəyici banka sübut edərsə, bu Məcəllənin 986-3.2.3-cü maddəsinə uyğun olaraq çeklərin verilməsinin qadağan edilməsinin gələcək üçün qüvvəsi olmur.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   695   696   697   698   699   700   701   702   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin