Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari



Yüklə 0,51 Mb.
səhifə700/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   696   697   698   699   700   701   702   703   ...   904
Maddə 986-4. Çekin aksept edilməsinin istisna olunması

 

Ödəyici çeki aksept etməməlidir. Çekdə aksept barədə yazılan qeyd etibarsız sayılır.

 

Maddə 986-5. Çek üzrə ödənişi almağa ixtiyarlı şəxsin adı

 

986-5.1. Çek yazıla bilər:

986-5.1.1. müəyyən şəxsin adına;

986-5.1.2. təqdim edənə (adsız).

986-5.2. Çek “və ya təqdim edənə” qeyd-şərti ilə, yaxud bu cür məna ifadə edən qeyd-şərtlə müəyyən şəxsə verilərsə, adsız çek sayılır.

986-5.3. Sahibinin adı göstərilməyən çek adsız çek sayılır.

986-5.4. Çek, çek verənin özünə verilə bilər.

 

Maddə 986-6. Çekdə faizlər barədə yazılan qeyd-şərtin etibarsızlığı

 

Çekdə faizlər barədə yazılan qeyd-şərt etibarsız sayılır.

 

Maddə 986-7. Çekin başqasına verilməsi

 

986-7.1. Müəyyən şəxsə verilmiş və ödənişə təqdim olunmuş çek indossament vasitəsilə başqa şəxsə verilə bilər.

986-7.2. Çek indossament vasitəsilə həmçinin çek verənə və çek üzrə mükəlləfiyyətli hər hansı şəxsə verilə bilər. Öz növbəsində bu şəxslər də çeki indossament edə bilərlər.

986-7.3. Ödəyici bankın indossamenti etibarsızdır. Adsız indossament blanklı indossament sayılır. Bankın bir neçə şöbəsinin (filialının) olduğu və indossamentin çekin verildiyi şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi hallar istisna olmaqla, bank üçün indossamentin yalnız ödəniş qəbzi qüvvəsi vardır.

986-7.4. Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin 993.3-cü, 993.4-cü, 1018-ci və 1020-ci maddələrinin müddəaları çeklərə də tətbiq edilir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   696   697   698   699   700   701   702   703   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin