Maddə 990. Adsız qiymətli kağızlar
990.1. Qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən emitent öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür.
990.2. Əgər məhkəmənin qərarı ilə və ya başqa qanuni göstəriş əsasında qadağan edilərsə, emitent adsız qiymətli kağız üzrə sonrakı ödənişləri icra etməməlidir.
Maddə 991. Sənədli qiymətli kağızlar
991.1. Sənədli qiymətli kağız saxtalaşdırma imkanlarını aradan qaldırmaq məqsədi ilə xüsusi qaydada hazırlanmış kağız blanklarda (sertifikatda) çap edilmiş qiymətli kağız formasıdır.
991.2. Sənədli qiymətli kağız blanklarına və onları hazırlayan şəxslərə aid tələblər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Dostları ilə paylaş: |