Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 994. Sənədli qiymətli



Yüklə 0,51 Mb.
səhifə713/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   709   710   711   712   713   714   715   716   ...   904
Maddə 994. Sənədli qiymətli kağızların zədələnməsi, korlanması

 

Sənədli qiymətli kağız zədələnmək və ya korlanmaq nəticəsində dövriyyə üçün yararsız olduqda onun mülkiyyətçisi emitentdən zədələnmiş və ya korlanmış kağızın qaytarılması müqabilində yeni qiymətli kağız verməyi tələb edə bilər, bu şərtlə ki, həmin kağızda onun əsas məzmununu və fərqləndirici əlamətlərini inamla müəyyənləşdirmək hələ mümkün olsun. Zədələnmiş və ya korlanmış sənədli qiymətli kağızın əvəz olunması xərclərini onun mülkiyyətçisi çəkir.

 

Maddə 995. Sənədli qiymətli kağızın etibarsız elan edilməsi

 

995.1. Sənədli qiymətli kağız itirilmişdirsə, onun mülkiyyətçisinin vəsatəti ilə məhkəmə emitent fiziki şəxsin yaşayış yeri üzrə və ya emitent hüquqi şəxsin olduğu yer üzrə bu qiymətli kağızı etibarsız elan edə bilər. Adsız qiymətli kağızlar itirilmişdirsə, ərizəçinin tələbi ilə məhkəmə qiymətli kağız üzrə emitentə onu ödəməyi qadağan edə bilər.



995.2. Sənədli qiymətli kağızın etibarsız elan edilməsi haqqında vəsatəti itki və ya itkinin aşkar edilməsi məqamında onun mülkiyyətçisi olmuş şəxs verə bilər. Ərizəçi qiymətli kağıza mülkiyyət hüququnu və onun itirildiyini sübuta yetirməlidir. Əgər kupon vərəqi və ya səhm kuponu olan qiymətli kağız sahibi yalnız kupon vərəqini və ya səhm kuponunu itirərsə, vəsatətini əsaslandırması üçün əsas qiymətli kağızı təqdim etməsi kifayətdir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   709   710   711   712   713   714   715   716   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin