Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 997. Qiymətli kağızların növləri



Yüklə 0,51 Mb.
səhifə715/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   711   712   713   714   715   716   717   718   ...   904
Maddə 997. Qiymətli kağızların növləri

 

997.1. Qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir.

997.2. İstiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızlarının toplusudur. İnvestisiya qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla adlı formada buraxılır. İnvestisiya qiymətli kağızlarının emissiyası qaydası “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

997.3. Veksellər ödəniş qiymətli kağızlarıdır.

997.4. Depozitar qəbzi baza aktivi (xarici emitentin qiymətli kağızı) üzrə hüquqları təsdiqləyən və mülkiyyətçisinə onu buraxmış emitentdən, həmin qəbzin baza aktivi olan xarici emitentin qiymətli kağızları və onlarla təsdiqlənmiş hüquqları tələb etmək hüququ verən qiymətli kağızdır. Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

997.5. İnvestisiya fond payı öz mülkiyyətçisinin paylı investisiya fondunda payına mülkiyyət hüquqlarını təsdiq edən, paylı investisiya fondu ləğv edildikdən sonra fondun aktivlərinin satışından payına müvafiq pul vəsaitlərini almaq hüququnu, habelə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər hüquqları verən sənədsiz adlı qiymətli kağızdır.

997.6. Qiymətli kağızın sertifikatının məcburi rekvizitləri və onun blankının hazırlanması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

997.7. Bu Məcəllənin və qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının mülki, inzibati və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyət daşıyırlar.

997.8. Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması nəticəsində vurulmuş ziyan bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.



997.9. Qiymətli kağızlar bazarında dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətli kağızlar bazarının iştirakçıları barəsində inzibati tənbeh, müvafiq lisenziyanın dayandırılması, ləğv edilməsi, qiymətli kağızlarla əməliyyatların məhdudlaşdırılması, dayandırılması və qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş digər tədbirlərin tətbiq edilməsindən inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Belə şikayətin verilməsi məhkəmənin qərarının çıxarılmasına qədər tətbiq olunmuş tədbirin qüvvəsini dayandırmır.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   711   712   713   714   715   716   717   718   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin