Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


§6. Səhm   Maddə 1077. Səhm anlayışı və onun məzmunu



Yüklə 0,51 Mb.
səhifə759/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   755   756   757   758   759   760   761   762   ...   904
§6. Səhm

 

Maddə 1077. Səhm anlayışı və onun məzmunu

 

1077.1. Səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.



1077.2. Səhm adi və ya imtiyazlı növündə buraxıla bilər. Səhmin nominal dəyəri səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir. Səhmlərin nominal dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.

1077.3. Adi səhmlərin hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir.

1077.4. İmtiyazlı səhmlərin bir buraxılışı daxilində hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir.

1077.5. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür.

1077.6. İmtiyazlı səhm emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, mülkiyyətçisinə , bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür.

1077.7. Səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə birləşdirə bilər və bir səhmi bir neçə həmin növ səhmə dəyiºdirilmə yolu ilə xırdalaya bilər. Ümumi yığıncaqda səhmlərin birləşdirilməsi və ya xırdalanması haqqında qərar qəbul edildikdə, səhmdar cəmiyyətinin nizamnaməsində də müvafiq dəyişikliklər edilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin birləşdirilməsi və xırdalanması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   755   756   757   758   759   760   761   762   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin