§ 8. Daşınmaz əmlak sertifikatı
Maddə 1078-1. Daşınmaz əmlak sertifikatı
1078-1.1. Daşınmaz əmlak sertifikatı fiziki və hüquqi şəxslər arasında yerləşdirilən, mülkiyyətçilərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin, qeyri-yaşayış sahələrinin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağızdır.
1078-1.2. Daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Dostları ilə paylaş: |