Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


§ 9. Girov kağızı və ipoteka kağızı



Yüklə 0,51 Mb.
səhifə762/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   758   759   760   761   762   763   764   765   ...   904
§ 9. Girov kağızı və ipoteka kağızı

 

Maddə 1078-2. Girov kağızı və ipoteka kağızı

 

1078-2.1. Öhdəliklərin təminatını təsbit edən qiymətli kağızlara girov kağızı və ipoteka kağızı daxildir.



1078-2.2. İpoteka kağızı mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağızdır.

1078-2.2-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən, daşınmaz əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və daşınmaz əmlakın ipotekası haqqında müqavilədə göstərilən ipoteka hüququnu təsdiq edən sənədsiz adlı qiymətli kağızdır.

1078-2.3. Girov kağızı girov qoyanla, o borclu deyilsə, həm də borclu ilə girov saxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağızdır.

1078-2.4. Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın və hüquqların girovu və ya ipotekası ilə təmin edilmiş öhdəliklər üzrə girovsaxlayanın və ya ipotekasaxlayanın hüquqları girov kağızının və ya ipoteka kağızının tərtibi ilə rəsmiləşdirilə və təsdiq edilə bilər. 

1078-2.5. Girov və ya ipoteka ilə təmin olunmuş öhdəliklər üzrə borclu , girovqoyan və ipotekaqoyan girov kagızı və ya ipoteka kağızı üzrə cavabdeh şəxsdir. Borclu, qirovqoyan və ipotekaqoyan eyni və ayrı-ayrı şəxslər ola bilər.

1078-2.6. Əmlaka girov və ya ipoteka hüququnu təsbit edən girov kağızının və ya ipoteka kağızının mülkiyyətçisi (girov saxlayan və ya ipoteka saxlayan (kreditor) borclunun və girov qoyanın razılığı olmadan borc üzrə tələbini digər şəxsə, girov kağızı və ya ipoteka kağızı üzrə ötürücü yazı vasitəsilə o şərtlə ötürə bilər ki, həmin ötürücü yazı (indossament) öhdəliyin mahiyyətinə, onun borclu və girov qoyanla və ya ipoteka qoyanla razılaşmasına və mövcud qanunvericiliyə zidd olmasın.

1078-2.7. Girova və ya ipotekaya şamil edilən təminatlı borc üzrə tələb başqasına keçdikdə girov kağızı və ya ipoteka kağızı üzrə girovsaxlayanın və ya ipotekasaxlayanın hüquqları müvafiq surətdə həmin şəxsə keçir.

1078-2.8. Girov kağızının və ya ipoteka kağızının mülkiyyətçisi ilə (girov saxlayan və ya ipoteka saxlayan) digər şəxs arasında bağlanmış müqavilə üzrə öhdəliyin təminatı məqsədilə girov kağızı və ya ipoteka kağızı müvafiq olaraq girov və ya ipotekaya qoyula bilər. Bu halda girov və ya ipoteka hüququ ümumi qaydada dövlət qeydiyyatından keçməlidir, lakin bu hüquq girov kağızı və ya ipoteka kağızı ilə təsbit edilə bilməz.

1078-2.9. Girov kağızı və ipoteka kağızına (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) dair dövlət qeydiyyatı rəsmi dövlət reyestrində aparılır. Rəsmi dövlət reyestrinin aparılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir.

1078-2.10. Rəsmi dövlət reyestrinin aparılması girov qoyulmuş qiymətli kağızlar üzrə hüquqların məhdudlaşdırılması haqqında bütün məlumatların mərkəzləşdirilmiş qaydada toplanması üçün nəzərdə tutulur.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   758   759   760   761   762   763   764   765   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin