§ 11. Özəlləşdirmə qiymətli kağızları
Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları
1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.
1078-4.2. Dövlət əmlakının özəlləşdirilməsi zamanı buraxılan qiymətli kağızların növləri, emissiyası, tədavülü qaydaları və sair məsələlər bu Məcəllə və digər normativ hüquqi, o cümlədən normativ xarakterli aktlarla müəyyən edilir.
Dostları ilə paylaş: |