56 – cı fəsil.
Oyunların və mərclərin keçirilməsi
Maddə 1083. Oyunlar və mərclər anlayışı
1083.1. Oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir.
1083.2. Aşağıdakılar oyun və mərc kimi qiymətləndirilir:
1083.2.1. oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi;
1083.2.2. oyun və ya mərc xarakteri daşıyan əmtəə əqdləri və ya qiymətli kağızlarla əməliyyatlar.
Dostları ilə paylaş: |