Maddə 1084. Oyun və mərc üzrə tələblərin istisna edilməsi
Oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir.
Maddə 1085. Könüllü ödənişlər
1085.1. Oyun və mərc prosesində könüllü verilmiş ödənişlər geri tələb edilə bilməz.
1085.2. Oyunda və ya mərcdə uduzulan məbləği ödəmək məqsədi ilə oyunçunun və ya mərc gələnin imzaladığı, mövcud borcun etirafına dair müqavilə və ya qiymətli kağız, onun verilməsinə baxmayaraq, reallaşdırıla bilməz.
Maddə 1086.Lotereyalar üzrə tələb
Lotereyanın qanunvericiliklə nəzərdə tutulmuş hallarda dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibinin lotereya təşkilatçısına qarşı uduşların verilməsi (ödənilməsi) tələbini istisna etmir.
Səkkizinci bölmə
QANUNDAN ƏMƏLƏ GƏLƏN ÖHDӘLİKLӘR
Dostları ilə paylaş: |