Maddə 1142. Ləyaqətsiz vərəsə sayılmış şəxsin vəzifələri
Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur.
Maddə 1143. Ləyaqətsiz vərəsə sayılma barəsində iddianın irəli sürülməsi müddəti
Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.
Maddə 1144. Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin miras payı
Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür.
Maddə 1145. Mirasın açılması
Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Dostları ilə paylaş: |