Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina



Yüklə 0,51 Mb.
səhifə844/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   840   841   842   843   844   845   846   847   ...   904
Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina

 

1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.



1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

 

Maddə 1203. Məcburi pay almaq hüququndan məhrumetmə

 

1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.



1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

 

Maddə 1204. Məcburi payın vəsiyyət üzrə vərəsələrə keçməsi

 

Məcburi pay almaq hüququndan məhrum edilmiş vərəsənin payı vəsiyyət üzrə vərəsələrə keçir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   840   841   842   843   844   845   846   847   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin