Maddə 1316. Kreditorların təmin edilməsi qaydası – çıxarılmışdır.
73-ci fəsil.
Mirasın qorunması
Maddə 1317. Mirasın qorunması anlayışı
1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.
1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.
Maddə 1318 . Vərəsələrin axtarılması
Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
Maddə 1319 . Əmlak idarəçisinin təyin edilməsi
Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər.
Dostları ilə paylaş: |