Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


-ci fəsil.   Mülki hüquq və vəzifələr, onların müdafiəsi



Yüklə 0,51 Mb.
səhifə9/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   5   6   7   8   9   10   11   12   ...   904
2-ci fəsil.

 

Mülki hüquq və vəzifələr, onların müdafiəsi

 

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi

 

14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.



14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:

14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları.

14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları.

14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi.

14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.

14.2.6. Başqa şəxsə zərər vurulması.

14.2.7. Əsassız varlanma.

14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.

14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin