Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 252. Tikintiyə vərəsəlik hüququ haqqında müqaviləyə xitam verilməsi



Yüklə 0,51 Mb.
səhifə204/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   200   201   202   203   204   205   206   207   ...   904
Maddə 252. Tikintiyə vərəsəlik hüququ haqqında müqaviləyə xitam verilməsi

 

252.1. Əgər tikintiyə vərəsəlik hüququ haqqında müqavilənin qüvvəsinə xitam verilirsə, mövcud binalar torpaq sahəsinin mülkiyyətçisinə keçir (mülkiyyətçiyə qayıtma) və onun torpaq sahəsinin tərkib hissələrinə çevrilir.



252.2. Tikintiyə vərəsəlik hüququ onun verildiyi müddət qurtardıqda və ya tərəflər qarşılıqlı razılaşmaya gəldikdə ləğv edilir.

252.3. Əgər tikintiyə vərəsəlik hüququnu əldə etmiş şəxs öz əşya hüququnu kobudcasına aşırsa və ya müqavilə öhdəliklərini pozursa, torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnun ondan irəli gələn bütün hüquq və yüklülüklərlə birlikdə ona keçməsini tələb edərək həmin hüquqa vaxtından əvvəl xitam verilməsinə nail ola bilər.

252.4. Torpaq sahəsinin mülkiyyətçisi müqaviləyə xitam verildikdən sonra ona keçən binalar üçün tikintiyə vərəsəlik hüququ olmuş şəxsə ağlabatan kompensasiya ödəməlidir. hüquq vaxtından əvvəl qayıtdıqda kompensasiya tikintiyə vərəsəlik hüququ subyektinin təqsirli davranışı kompensasiyanın azaldılması üçün əsas kimi nəzərə alınmaqla hesablanır. Tikintiyə vərəsəlik hüququ yalnız o halda torpaq sahəsinin mülkiyyətçisinə keçir və ya ona xitam verilir ki, kompensasiya ödənilmiş olsun və ya girov qoyulsun. Bu kompensasiya tikintiyə vərəsəlik hüququnun girov kimi verildiyi kreditorlar üçün qarantiya sayılır, onların razılığı olmadan tikintiyə vərəsəlik hüququnun əvvəlki subyektinə kompensasiya ödəmək olmaz.

252.5. Əgər kompensasiya ödənilmirsə və ya girov qoyulmursa, tikintiyə vərəsəlik hüququnun əvvəlki subyekti və ya tikintiyə vərəsəlik hüququnun girov kimi verildiyi kreditor tələb edə bilər ki, tikintiyə vərəsəlik hüququnun ləğv edilməsi əvəzinə kompensasiya barədə tələbin təmin edilməsi üçün eyni dərəcəli ipoteka qeydə alınsın. Qeydiyyat tikintiyə vərəsəlik hüququna xitam verilməsindən ən geci üç ay keçənədək aparılmalıdır.

252.6. Kompensasiyanın miqdarı və müəyyənləşdirilməsi proseduru haqqında, habelə kompensasiya vermək vəzifəsinin ləğvi və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpası haqqında tikintiyə vərəsəlik hüququnun əsaslandırılması üçün zəruri olan formada razılaşmalar qəbul edilə və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparıla bilər. 

252.7. Binanın məhvi tikintiyə vərəsəlik hüququna xitam verilməsinə səbəb olmur, tikintiyə vərəsəlik hüququ olan şəxs ondan imtina edə bilər ki, bunun da nəticəsində ona xitam verilir.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin